Cəbrayıl rayonunun Məzrə kəndi FOTO
Bakı, 12 fevral, AZƏRTAC
Cəbrayıl rayonunun Məzrə kəndi eyniadlı inzibati ərazi vahidində, düzənlikdə yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 5-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Məzrə kəndinin görüntülərini təqdim edir.