Cəbrayıl rayonunun Niftalılar kəndi
Bakı, 10 iyul, AZƏRTAC
Cəbrayılın Niftalılar kəndi rayon mərkəzindən 31 kilometr məsafədə, Qarabağ dağ silsiləsinin ətəyində yerləşir.
Əhalisi əsasən taxılçılıq, heyvandarlıq və üzümçülüklə məşğul olurdu.
1993-cü ildə Ermənistan tərəfindən işğal olunmuşdu.
2020-ci il noyabrın 9-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kənddən görüntüləri təqdim edir.