Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏBRAYILLILAR DÖVLƏTİMİZİN BAŞÇISININ TAPŞIRIQ VƏ TÖVSİYƏLƏRİNİ DÖNMƏDƏN YERİNƏ YETİRƏCƏKLƏR

AZƏRTAC xəbər verir ki, iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qarşıya qoyulmuş vəzifələr avqustun 3-də Cəbrayıl Rayon İcra Hakimiyyətində keçirilmiş ümumrayon toplantısında geniş müzakirə edilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Mahmud Quliyev, rayon maliyyə şöbəsinin rəisi Famil Balayev, Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin müdiri Əliağa Əhmədov, “KapitalBank”ın rayon filialının baş mühasibi Muxtar Cəfərov, rayon rabitə qovşağının rəisi Məmməd Əliyev və başqaları ölkəmizin başçısının nitqində irəli sürülən müddəaları iftixar hissi ilə xatırlatmışlar. Onlar bu ilin birinci yarısında da iqtisadi inkişaf baxımından Azərbaycanın dünyada liderliyi əlində saxlamasını, adambaşına düşən xarici sərmayəyə görə bölgədə aparıcı yerlərdən birini tutmasını, ümumi daxili məhsulun 36, əhalinin real gəlirinin 12, pul gəlirinin 18, orta aylıq əməkhaqqının 20, sənaye istehsalının 41 faiz artmasını, iqtisadiyyatımıza 3 milyard ABŞ dolları məbləğində sərmayə qoyulmasını, valyuta ehtiyatlarımızın 3 milyard dollara çatmasını Prezident İlham Əliyevin əsaslandırılmış iqtisadi siyasətinin, balanslaşdırılmış xarici siyasətinin nəticəsi kimi qiymətləndirmişlər. Xüsusi vurğulamışlar ki, ölkədə aparılan uğurlu iqtisadi siyasət insanların rifah halının yaxşılaşmasına gətirib çıxarmışdır. Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyevin neft strategiyasının uğurla icra edilməsi sayəsində valyuta ehtiyatımız daha da artacaq və bütün problemlərimizin həlli üçün zəmin yaranacaqdır. Natiqlər ölkəmizin başçısının bazarlarda qiymət artımının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlardan razılıqla danışmışlar.

Mahmud Quliyev məruzəsində qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə çəkilmiş və onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin işə salınması, Azərbaycanın digər beynəlxalq və regional layihələrin iştirakçısı olması onun bölgədə və dünyada rolunu və nüfuzunu artırmışdır. Natiq toplantı iştirakçılarının diqqətini sosial ədalət prinsipinin gözlənilməsini ön plana çəkməyin, yoxsulluq həddində yaşayanların mənafeyini etibarlı şəkildə qorumağın vacibliyi barədə Prezidentin tələbinə yönəltmişdir.

Mahmud Quliyev dövlətimizin başçısının nitqində qaçqın və məcburi köçkünlərin problemlərinin bir nömrəli məsələ olduğunun bir daha bəyan edildiyini xatırlatmış, Biləsuvar rayonu ərazisində salınmış yeni qəsəbələrdə, cəbrayıllıların sıx məskunlaşdığı digər yaşayış məntəqələrində doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın sosial-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılmasına, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına əsasən görülmüş işlərdən danışmışdır.

Qeyd olunmuşdur ki, proqramların icra olunduğu müddətdə rayontabeli bir neçə idarə və müəssisə yaradılmış, Ermənistan silahlı qüvvələri Cəbrayılı işğal edəndən sonra işləməyən bəzi müəssisələrin fəaliyyəti bərpa olunmuşdur. Qəsəbələrdə sahibkarlıqla məşğul olmaq, fərdi xidmət obyektləri tikmək üçün fiziki və hüquqi şəxslərə torpaq sahələri ayrılmış, artıq 129 belə obyekt tikilmiş və fəaliyyətə başlamışdır. Bu ilin martında aqroservis müəssisəsi yaradılmışdır. Yeni açılmış müəssisə və obyektlərdə 731 nəfər daimi işlə təmin edilmişdir.

M.Quliyev qəsəbələrdə məskunlaşmış əhalinin fərdi təsərrüfatı barədə məlumat verərək demişdir ki, bu təsərrüfatlarda qaramalın və davarın sayı ilbəil artır. Hazırda onların sayı müvafiq olaraq 8 min 790 və 97 min 162 başdır. Əhali 2 min 920 hektarda əkin-biçinlə məşğuldur. Bu mövsümdə 2 min 680 hektardan 7 min tona yaxın məhsul götürülmüşdür.

Natiq xüsusi vurğulamışdır ki, qəsəbələrin ərazisində əkilmiş taxıl sahələrinin hamısı, digər ərazilərdəki zəmilərin isə əksəriyyəti Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə əvəzsiz olaraq rayona verilmiş 2 kombayn və aqroservis müəssisəsinin texnikası vasitəsilə biçilmişdir.

Rayon icra hakimiyyətinin başçısı əhaliyə müavinətlərin plastik kartlarla ödənilməsinə başlandığını, büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatların bu sistemə keçmək üçün hazırlıq işlərinə başlandığını xatırlatmışdır.

Toplantının iştirakçıları əmin etmişlər ki, cəbrayıllılar ölkəmizin başçısının tapşırıq və tövsiyələrini dönmədən icra etmək üçün səylərini əsirgəməyəcəklər.

Nazirlər Kabinetinin iclasında ölkə başçısının giriş və yekun nitqində qeyd edilmiş tapşırıq və tövsiyələrin yerinə yetirilməsinə dair tədbirlər planı müəyyənləşdirilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib

Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib

Məktəbli forması bərabərliyin, eyniliyin, səliqənin təmin olunmasıdır - Sosioloq

Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək

Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır

İnam Yusifov: İstehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir

Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar

Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib

Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik

Azərbaycanlı qadın Varşava Təhlükəsizlik Forumunun nüfuzlu liderlik proqramına seçilib

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur

Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi

Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm

Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb

Qazaxıstan tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm

Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər

Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi VİDEO

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi VİDEO

“Akasiya” qadın kooperativinin uğur hekayəsi

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

Mərkəzi Bank vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq üçün borc götürməməyi tövsiyə edir

Politoloq: Prezident İlham Əliyevin 23 illik fəaliyyəti Azərbaycanın tarixi Zəfərini və güclü dövlət quruculuğunu təmin edib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb

Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib

Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək

Tokayev: Azərbaycan AQEM-in mövcud geosiyasi çağırışların həllində daha fəal rol oynamasına şərait yaradır

BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq

QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək

Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb

Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir VİDEO

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir VİDEO

“Ər-Riyad” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş məqalə dərc edilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir

Ekspertlər: AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Rusiyanın Ryazan vilayətində neft emalı zavoduna dron hücumundan sonra yanğın baş verib

Beynəlxalq ekspert: İşəgötürənlər olmadan dəstəklənən məşğulluq modelini həyata keçirmək mümkün deyil

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

“The Telegraph”: Britaniyalıların yarısı öz ölkələri uğrunda döyüşmək istəmir

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Mərkəzi Bank: Azərbaycanda ortasəviyyəli təmərküzləşmə müşahidə olunur

Siyasi uzaqgörənlikdən tarixi Zəfərə doğru MƏQALƏ

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Bu saata olan əsas xəbərlər

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ-hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur