Cəlilabad polisi Dövlət Bayrağı Günü münasibətilə sürücülərə Azərbaycan bayraqları paylayıb
Cəlilabad, 10 noyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə maraqlı aksiya keçiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində Cəlilabad şəhəri ərazisindəki yollarda sürücülərə üçrəngli Azərbaycan bayraqları təqdim olunub.
Sürücülər belə bir əziz gündə onlara üçrəngli bayrağımızın təqdim edilməsini yüksək dəyərləndirərək, polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.
Yol Polisinin əməkdaşları, həmçinin COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində sürücülərə tibbi maskalar da paylayıblar.
Aksiya gün ərzində davam edib.