Cəlilabadda gənclər və yeniyetmələrə narkomaniyanın zərərli təsirləri barədə məlumat verilib
Bakı, 5 dekabr, AZƏRTAC
Cəlilabadda “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illər üçün Tədbirlər Planı”na müvafiq olaraq, sağlam həyat tərzinin təbliği ilə bağlı gənclər və yeniyetmələr arasında maarifləndirmə işinin təşkili məqsədilə maarifləndirmə tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan məlumat verilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun məsul nümayəndəsi və müəllim heyəti iştirak edərək gənclər arasında narkotik vasitələrin istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkomanlığa qarşı mübarizə üsullarından bəhs olunub və tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları tələbələr arasında paylanılıb.