Cenk Tosun "Everton"dan ayrıla bilər
Bakı, 26 yanvar, Nicat Məmmədov, AZƏRTAC
İngiltərənin "Everton" klubunun türkiyəli hücumçusu Cenk Tosun komandadan ayrıla bilər.
AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb futbolçunun klubda əsas heyətə düşə bilməməsidir. Xarici KİV-lər bildiriblər ki, Cenk karyerasını İngiltərənin başqa klubunda davam edə bilər.
"Kristal Palas" "Everton"da kifayət qədər şans qazanmayan 27 yaşlı hücumçunu qış transfer dövründə heyətinə qatmaq istəyir. Omar Niasseni "Kardiff Siti"yə göndərən "Everton"un türkiyəlinin də transferinə müsbət yanaşacağı gözlənilir.
Qeyd edək ki, cari mövsüm "Everton"un heyətində 19 oyunda iştirak edən türk hücumçu 2 qola imza atıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]