Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənub Qafqaz: regional təhlükəsizlik üçün yeni şans

Qlobal səviyyədə mürəkkəb və qeyri-müəyyən proseslərin getdiyi məlumdur. Dünyanın bir sıra regionlarında baş verən münaqişələr bütövlükdə təhlükəsizlik sisteminin qurulmasına mənfi təsirini göstərir. O cümlədən Cənub Qafqazda sabitlik və sülh məsələsi daha çox aktuallıq kəsb edir. Belə vəziyyətdə region dövlətlərinin xarici siyasətinin məzmunu maraq doğurur. Təhlillər göstərir ki, bu istiqamətdə onların hər birinin öz mövqeyi var. Ermənistan tamamilə dağıdıcı rol oynayır. Yerevanın son zamanlar atdığı addımlar göstərir ki, regionda qeyri-müəyyənlik daha yüksək səviyyəyə qalxa bilər. Buna qarşılıq Gürcüstanın hansısa təsirli tədbir görmək imkanı məhduddur. Belə ki, Tbilisi geosiyasi seçim məsələsində bir sıra səhvlərə yol verib. Yalnız Azərbaycan regional təhlükəsizliyin səmərəli təşkilində ciddi rol oynaya bilər. Bu həqiqəti geosiyasi güclər qəbul etməlidirlər.

Təcavüzkarın seçimi: tərəddüdlər davam edir

Cənub Qafqazın regional təhlükəsizliyi məsələsi öz aktuallığını saxlamaqdadır. Dünya miqyasında cərəyan edən geosiyasi proseslərin fonunda bu, hətta bir sıra hallarda yeni çalarlar ala bilər. Problem ondan ibarətdir ki, ortaya çıxan məqamlar region dövlətlərindən daha həssas siyasət yeritmələrini tələb edir. Bu aspektdə isə vəziyyət heç də aydın deyil. Çünki Ermənistan xarici siyasətində çevik korrektələr etmək iqtidarında deyil.

Müşahidələr göstərir ki, rəsmi Yerevanın bu istiqamətdə yeni addımlar atmaq niyyəti də yoxdur. Əksinə, həmin ölkədə daxili sosial-siyasi vəziyyət getdikcə daha da pisləşir. Son olaraq Gümrüdə bir ailənin qətlə yetirilməsi cəmiyyətdəki psixoloji durumun gərgin olduğunu təsdiqlədi. Qətli Rusiya hərbçisi törətsə də, onun yerli əhali ilə müəyyən problemi olmamış deyildi. Şübhəsiz ki, insanı həyatından məhrum etmək qəbuledilməzdir. Lakin uzun illərdir ki, Ermənistan rəhbərliyi yanlış siyasəti ilə daxili sosial-psixoloji vəziyyəti gərginləşdirib.

Erməni müxalifəti hələlik bu məsələyə sakit yanaşır. Ancaq etiraz səsləri də eşidilməkdədir. Maraqlıdır ki, ekspertlər Gümrü hadisəsini bütövlükdə Ermənistanın geosiyasi seçimi ilə əlaqələndirirlər. Bu kontekstdə Rusiyanın nəzarətində olan siyasi-hərbi təhlükəsizlik sisteminin iflasa uğraya biləcəyini və onun yerini NATO-nun tutmalı olduğunu vurğulayırlar. Belə görünür ki, ermənilər Rusiya iqtisadiyyatındakı çətinliklərdən istifadə edərək, Moskvaya xəyanətə hazırlaşırlar. Reallıqda isə bu, regiona qeyri-müəyyənlik gətirməkdədir.

Məsələ bütövlükdə mürəkkəbdir. NATO-nun genişlənmə haqqında hazırda bir qərara gəlməməsi və müxtəlif regionlarda geosiyasi vəziyyətin ağırlaşması bu təşkilatın strategiyasını müəyyənləşdirməsində bir neçə ssenarini ortaya çıxarıb. Bir sıra ekspertlər hesab edirlər ki, NATO heç bir şeyə baxmadan genişlənmə planını yerinə yetirməli, dünyanın jandarmı rolunu oynamalıdır. Bu kimi fikirləri irəli sürənlər, bir qayda olaraq, sovetlər dövründə həmin məsələləri təhlil edənlərdir.

Bunlardan fərqli olaraq, bir qrup ekspert isə NATO-nun mövcud sərhədlər daxilində fəaliyyətini gücləndirməsini tövsiyə edir. Onların arqumenti bundan ibarətdir ki, hazırda qlobal miqyasda geosiyasi mənzərə qeyri-müəyyənliklərlə xarakterizə olunur və təşkilat geniş bir məkanda təhlükəsizliyi təmin edə bilməz. Bu mənada NATO ehtiyatlı tərpənməlidir. Eyni zamanda, regional təhlükəsizlik məsələlərini də tam kənara atmamalıdır. Məsələn, Cənub Qafqaza Qara dəniz-Xəzər hövzəsinin təhlükəsizliyi aspektindən yanaşıla bilər. Burada aparıcı faktor kimi Qara dənizi götürmək olar. Cənub Qafqaz isə onunla bir yerdə nəzərdən keçirilə bilər. Doğrudur, bu mövqenin tərəfdarlarının rəsmi orqanlara təsiri böyük deyil. Lakin bu bir proqnoz olaraq mövcuddur.

Nəhayət, ekspertlər sırasında, ümumiyyətlə, NATO-nun yalnız üzv-dövlətlərin təhlükəsizliyi ilə məşğul olmasını məsləhət görənlər də vardır. Onlar təşkilatın bütün qüvvələri səfərbər edib, öz sərhədləri daxilində qalmasına üstünlük verirlər. Bu kontekstdə Şimali Atlantika Alyansının genişlənməsindən söhbət gedə bilməz. Əlavə olaraq, onun müxtəlif regionlara təsiri məsələsi də tam aydın olmur.

Azərbaycan: ümid yeri

Belə şəraitdə Ermənistanda NATO-ya üz tutmağı tövsiyə edənlərin nə dərəcədə reallığa uyğun davrandıqlarını demək çətindir. Hətta onların böyük yanlışlıq içində olduğu nəticəsini çıxarmaq da olar. Bunun kökü isə rəsmi Yerevanın xarici siyasətini düzgün qurmamasındadır. Məhz həmin səbəbdən indiki şəraitdə region üçün ən böyük təhlükə Ermənistandan gəlir. Təsadüfi deyil ki, son vaxtlar ermənilər müxtəlif kontekstlərdə Azərbaycan, Türkiyə və Rusiyanı ittiham etməyə çalışırlar. Onlar vəziyyəti belə təqdim edirlər ki, guya bu dövlətlər Ermənistana qarşı birləşirlər. Əsas məqsəd isə qondarma "erməni soyqırımı"nın yaxınlaşan ildönümündə türklərin və azərbaycanlıların böyük siyasi zərər görməməsinə nail olmaqdır. Rusiya məhz bu səbəbdən Ermənistanı Avrasiya İqtisadi İttifaqına cəlb edib, bununla da rəsmi Yerevanın əl-qolunu bağlayıb.

Türkiyə isə həm sərhədləri açmamaq, həm də beynəlxalq aləmdə diplomatik fəaliyyətini gücləndirməklə öz günahlarını ört-basdır etməyə çalışır. Nə qədər qəribə olsa da, ermənilər bu cür cəfəng fikirlər ortaya atır, bunların fonunda isə Azərbaycanı təcavüzkar ölkə kimi təqdim etməyə cəhd göstərirlər. Belə ki, guya Bakı aqressiv bəyanatlar verməklə diqqəti özünün qarşılaşdığı əsas problemlərdən yayındırmaq istəyir. O cümlədən neftin qiymətinin sürətlə aşağı düşməsi guya Azərbaycan iqtisadiyyatını inkişafdan sala bilər və bunun qarşısını almaq üçün rəsmi Bakı psixoloji üsullardan istifadə edir.

Təbii ki, bu absurd fikirlərin heç bir əsası yoxdur. Əksinə, proseslər göstərir ki, Azərbaycan regionda yeganə dövlətdir ki, dünyanı bürümüş böhranların ona təsiri yoxdur. Ölkə rəhbərliyinin yeritdiyi mükəmməl və müstəqil siyasət cəmiyyətdə sabitliyi və iqtisadi inkişaf templərini saxlamağa imkan verir. Dövlət başçısı İlham Əliyev məsələnin bu tərəfini aydın və dəqiq məntiqlə ifadə edib.

Bunlarla yanaşı, Azərbaycan regionda təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini verməkdədir. Mübaliğəsiz demək olar ki, indiki şəraitdə məhz Bakının atdığı addımlar Cənub Qafqazda daha kəskin geosiyasi vəziyyətin yaranmasına imkan vermir. Nə Ermənistan, nə də Gürcüstan bu funksiyanı yerinə yetirə bilmir. Səbəb isə tam aydındır - onlar geosiyasi seçim məsələsində zaman-zaman ciddi xətalara yol veriblər və hazırda dəqiq mövqelərini müəyyənləşdirə bilmirlər.

Belə bir vəziyyət hər iki dövləti bu və ya digər dəyişikliklərə qarşı çox həssas edir. Gürcüstan məsələsi bu aspektdə həqiqətən də narahatlıq doğurur. Rusiya Ermənistanla quru yolunu bərpa etmək üçün Abxaziya və Cavaxetiya faktorlarından istifadə edə bilər. Erməni KİV-ləri bu məsələdən dəfələrlə yazıb. İndi onlar Çeçenistan vasitəsi ilə Rusiyanın Ermənistana dəmir yolu xətti çəkə biləcəyini vurğulayırlar. Bunlar hələ söz səviyyəsində olsa da, istənilən zaman konkret təxribat hərəkətinə təkan verə bilər.

Gürcüstanın vəziyyətini çətinləşdirən əsas məqamlardan bəhs edərkən, onun daxili sosial-iqtisadi vəziyyətinin ağır olduğunu unutmaq olmaz. Adətən, zəif ölkəni sürətlə sabitlikdən çıxara bilirlər. Burada Azərbaycan və Türkiyənin Tbilisiyə verdiyi dəstəyi vurğulamaq lazımdır. Onun hesabına hələlik qonşu dövlətdə sabitliyin pozulması ilə bağlı elə bir ciddi hadisə baş vermir.

Bunlar Cənub Qafqazda regional təhlükəsizliyin təmin edilməsinin mürəkkəbliyi ilə yanaşı, Azərbaycanın əsas faktor olduğunu da göstərir. Həmin məqam ölkənin qlobal siyasət üçün daha böyük əhəmiyyət kəsb etdiyini ifadə edir. Bunu böyük dövlətlər görməli və qəbul etməlidirlər. Azərbaycanın daxili işlərinə qarışmağa çalışmaq əvəzinə, onunla regional təhlükəsizliyin təmini aspektində təmasları gücləndirmək faydalı olar. Bakı xarici siyasətini elə qurub ki, Qərb, Rusiya, Türkiyə, İran, Avropa İttifaqı ilə münasibətləri normal səviyyədədir. Onların heç birinin Azərbaycana qarşı iradı ola bilməz. Uğurlu balanslaşdırma siyasəti öz müsbət bəhrələrini verməkdədir.

Beləliklə, bu regionda geosiyasi proseslər ziddiyyətli məqamlarla müşayiət olunsa da, vacib bir həqiqəti də ortaya qoyur. Cənub Qafqazda təhlükəsizlik sisteminin qurulmasında aparıcı rol oynaya biləcək ölkə məlumdur - bu, Azərbaycandır. Regionda maraqları olan böyük geosiyasi güclər bunu nəzərə almalıdırlar. Yaranmış şansdan səmərəli istifadə etməklə böyük bir geosiyasi məkanda sülh, sabitlik və inkişaf əldə etmək mümkündür.

 

Leyla Məmmədəliyeva

Newtimes

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü