Cənubi Afrikada fırtına nəticəsində on nəfər ölüb
Bakı, 5 iyun, AZƏRTAC
Cənubi Afrika Respublikasının şərqindəki KvaZulu-Natal əyalətində fırtına nəticəsində on nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bununla bağlı əyalət hökumətinin rəsmi sosial media hesabında bəyanat paylaşılıb. Məlumatda qeyd olunub ki, leysan yağışları, güclü külək və fırtına bazar gününə və bazar ertəsinə keçən gecə vilayətin bəzi hissələrinə, o cümlədən, infrastruktura böyük ziyan vurub.
Əyalət rəsmiləri bildirib ki, fırtına nəticəsində ev təsərrüfatlarını, yolları su basıb.
Açıqlamaya görə, əyalət hökumətinin üzvləri təbii fəlakətin nəticələrini qiymətləndirmək və yardım göstərmək üçün həmin bölgələrə səfər ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]