Cənubi Koreya, ABŞ və Yaponiya bu ay birgə hərbi təlimlər keçirə bilər
Bakı, 14 iyun, AZƏRTAC
Koreya Respublikası, ABŞ və Yaponiya iyunun sonunda Rusiya Prezidenti Vladimir Putinin KXDR-ə mümkün səfəri ilə əlaqədar üçtərəfli hərbi təlimlər keçirməyi planlaşdırır.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, təlimlər mümkün səfərin KXDR və Rusiya arasında hərbi əməkdaşlığın artmasına gətirib çıxara biləcəyi ilə bağlı fərziyyələr fonunda “sərt birgə xəbərdarlıq” məqsədi daşıyır.
Agentliyin məlumatına görə, tərəflər Amerikanın Teodor Ruzvelt nüvə təyyarədaşıyan gəmisinin manevrlərdə iştirakını müzakirə edirlər. Eyni zamanda, təlimin vaxtı, miqyası və məzmunu kimi detallar razılaşdırılır.
Bildirilir ki, Freedom Edge adlandırılan üçtərəfli təlimlər ilk dəfə olaraq bir neçə məkanda - havada, dənizdə, su altında və kibersferada keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]