Cənubi Koreya gələn il müdafiə xərclərini 8,2 faiz artıracaq
Bakı, 1 oktyabr, AZƏRTAC
Cənubi Koreya 2026-cı ildə müdafiə büdcəsini 8,2 faiz artıraraq 66,3 trilyon von (təxminən 47,07 milyard ABŞ dolları) səviyyəsinə çatdıracaq.
AZƏRTAC xəbər verir ki, Koreya Respublikasının Prezidenti Li Çje Men bu barədə Silahlı Qüvvələrin qurulmasının 77-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib. Dövlət başçısının sözlərinə görə, ayrılan vəsait əsasən qabaqcıl silah sistemlərinə, həmçinin süni intellekt, pilotsuz uçuş aparatları və robot texnologiyaları kimi innovativ sahələrə yönəldiləcək.
Prezident bildirib ki, dünyada təhlükəsizlik mühitinin dəyişməsi və silahlı münaqişələr riskinin artması fonunda Cənubi Koreya hərbi potensialının gücləndirilməsinə xüsusi önəm verir.
“Dəyişən təhlükəsizlik şəraitinə çevik reaksiya vermək üçün özünümüdafiə bacarığı vacib şərtdir. Tarixdə ən uzunmüddətli sülh dövrü başa çatır”, – deyə Li Çje Men vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:57]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:23]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [21:45]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:17]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]