Cənubi Koreya Prezidenti COVID-19 virusu əleyhinə peyvənd olunub
Pekin, 23 mart, AZƏRTAC
Cənubi Koreyada COVID-19 virusu əleyhinə vaksinasiya proqramı çərçivəsində Prezident Mun Ce-inə peyvəndin birinci dozası vurulub.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, "AstraZeneca" vaksini ilə peyvənd olunan Cənubi Koreyanın dövlət başçısı iyunda Böyük Britaniyada keçiriləcək "Böyük yeddilər" qrupunun sammitinə qonaq qismində dəvət edilib. Elə peyvənd olunmaq da həmin sammitdə iştiraka hazırlıq məqsədi daşıyır. Mun Ce-in və xanımı, habelə dövlət başçısını Böyük Britaniyaya səfərdə müşayiət edəcək şəxslər prezident ofisinin yaxınlığında yerləşən ictimai səhiyyə mərkəzində peyvənd olunublar. Peyvəndin ilk dozasını qəbul edən 68 yaşlı Prezident vaksinasiya məntəqəsində heyəti ilə qısa görüş keçirib və sonra ofisinə yola düşüb. Onun səhhətində hər hansı dəyişiklik müşahidə olunmayıb. Mun Ce-inə vaksinin 2-ci dozası mayın ortalarında vurulacaq.
Cənubi Koreyada COVID-19 virusu əleyhinə vaksinasiya proqramının tələblərinə əsasən, xaricə səfər edənlərə peyvənd olunmaq üçün üstünlük verilir.
Qeyd edək ki, Cənubi Koreyada əhalinin COVID-19 virusu əleyhinə vaksinasiya fevralın 26-da başlayıb. İlkin mərhələdə tibb müəssisələrində çalışan və müalicə alan 65 yaşdan yuxarı şəxslərin peyvəndi aparılır. Amma bəzi ölkələrdə “AstraZeneca” peyvəndi ilə bağlı qeydə alınan xoşagəlməz hallar səbəbindən Cənubi Koreyada da bu vaksinin istifadəsi müvəqqəti dayandırılmışdı. İndiyədək Cənubu Koreyada ölkə əhalisinin 1,3 faizi (680 min nəfər) peyvənd olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:15]
Donald Tramp: İnflyasiyanı bəyənirəm
- 11.06.2026 [11:07]
Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq
- 11.06.2026 [11:01]
BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb
- 11.06.2026 [11:00]
Krasnodar hava limanında 34 reys təxirə salınıb
- 11.06.2026 [10:56]
SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb
- 11.06.2026 [10:53]
SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub
- 11.06.2026 [10:36]
Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]