“CƏSURLAR” HƏRBİ İDMAN VƏ TURİZM OYUNLARININ RESPUBLİKA FİNAL MƏRHƏLƏSİ KEÇİRİLMİŞDİR
Bakı, 25 aprel (AZƏRTAC). Aprelin 25-də Cəmşid Naxçıvanski adına hərbi liseydə “Cəsurlar” hərbi idman və turizm oyunlarının respublika final mərhələsinə start verilmişdir.
Əvvəlcə Azərbaycan dövlət himni səsləndirilmişdir.
Yarışların təntənəli açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, liseyin rəisi general-mayor Mirzə Almasov və başqaları ümumtəhsil məktəblərinin 7-8-ci sinif şagirdləri arasında 1998-ci ildən keçirilən “Cəsurlar” hərbi idman və turizm oyunlarının əhəmiyyətindən, gənclərin vətənpərvərlik tərbiyəsində rolundan danışmışlar.
Bildirilmişdir ki, xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin gənclərin sağlam, vətənpərvər ruhda tərbiyəsinə, işğal altında olan torpaqlarımızın geri alınmasında onların yüksək əzmkarlıq göstərməyə hazır olmasına yönəldilmiş dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Gənclər və İdman, Təhsil, Fövqəladə Hallar nazirliklərinin, Könüllü Hərbi Vətənpərvərlik və Texniki İdman Cəmiyyətinin hər il birgə təşkil etdikləri bu oyunların final mərhələsinə respublikanın şəhər və rayonlarını təmsil edən 19 komanda vəsiqə qazanmışdır.
Bu mərhələdə komandalar sıra hazırlığı, kəndirlə “təhlükəli zolağı” qət etmək, sürünməklə maneəni aşmaq, istehkamdan hədəfə qumbara atmaq, “zəhərli zona”nı keçmək və s. üzrə öz bacarıqlarını nümayiş etdirmişlər.
Yarışda ilk 3 yeri tutmuş komandalara diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]