Ceyhun Bayramov: İnanıram ki, müharibədə qalib çıxdığımız kimi, sülh işimizdə də qalib olacağıq
Bakı, 9 iyul, AZƏRTAC
İnanıram ki, müharibədə qalib çıxdığımız kimi, sülh işimizdə də qalib olacağıq.
AZƏRTAC xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov iyulun 9-da Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin müşavirəsinin mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilən sessiyasında çıxışı zamanı deyib.