Ceyhun Bayramov: Üçüncü tərəflərin təsiri ilə Ermənistanın destruktivlik nümayiş etdirməsi qəbuledilməzdir
Bakı, 5 noyabr, AZƏRTAC
Bölgədə yeni imkanların yarandığı, Azərbaycanın genişmiqyaslı quruculuq işləri həyata keçirdiyi bir dövrdə təxribatyönümlü hər hansı addımların atılması, hansısa üçüncü tərəflərin təsiri ilə Ermənistanın destruktivlik nümayiş etdirməsi yolverilməz və qəbuledilməzdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən tədbirdə deyib.
Ceyhun Bayramov diqqətə çatdırıb ki, Azərbaycan buna heç bir halda yol verməyəcək və təxribatların qarşısı qətiyyətlə alınacaq. “Ölkəmizin regiona baxışı məlumdur. Bu, beynəlxalq hüquq və normaları əsasında münasibətlərin normallaşdırılmasından ibarətdir", - deyə nazir əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]