Ceyran Həsənova: Şəhid analarını cəmiyyətə təqdim etmək bizim borcumuzdur
Bakı, 12 aprel, AZƏRTAC
“Qəhrəmanlar Anası” adlı anım tədbiri Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və “Şəhid Analarına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Bunu AZƏRTAC-a müsahibəsində “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Əbdülməcid Axundovun anası Ceyran Həsənova deyib. O qeyd edib ki, tədbir Aprel döyüşlərinin ildönümünə və Qarabağ Zəfərinə həsr olunub. “Tədbir şəhid analarının bir araya toplanaraq öz duyğu və hisslərini bölüşməsi məqsədi daşıyır. Azərbaycan qəhrəmanlar yurdudur və analar şəhidlik zirvəsinə yüksələn bu qəhrəmanları dünyaya gətirən müqəddəs varlıqlardır. Onları cəmiyyətimizə təqdim etmək bizim borcumuzdur”, - deyə C.Həsənova əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub
- 29.09.2026 [17:08]