Çarli Maddok: Karyeramın ən böyük nailiyyətini Azərbaycanda qazanmışam
Bakı, 11 dekabr, Elşad Qəzvini, AZƏRTAC
Bakıda keçirilən Qran-pri turnirində 49 kiloqram çəki dərəcəsində qızıl medal qazandım. Finalda koreyalı idmançı ilə döyüşüm gərgin keçsə də, qəlib gəlməyi bacardım.
Bunu AZƏRTAC-a müsahibəsində taekvando üzrə Bakı Qran-prisinin qızıl medalçısı, İngiltərə millisinin qadın üzvü Çarli Maddok deyib.
Gənc taekvandoçu döyüşlərinin asan keçmədiyini bildirib: “Hər döyüşün öz çətinliyi var. Rəqiblərimin hamısını məğlub etdiyimə görə sevinirəm. Ən çətin görüşüm final qarşılaşması oldu. Həlledici döyüşdə koreyalı olimpiya çempionu ilə üz-üzə gəldim. Döyüşün sonuna az qalmış hesabda geridə idim. Qələbə zərbəsini rəqibin başına son 10 saniyədə endirə bildim. Zərbəm 4 xalla qiymətləndirildi və fərxi kürsünün ən yüksək zirvəsinə qalxdım”.
Britaniyalı idmançı “Bakı-2015” Avropa Oyunlarında da qızıl medal qazandığını xüsusi vurğulayıb: “Karyeramın ən böyük nailiyyətini Azərbaycanda qazanmışam. İdman ölkəsi olan Azərbaycan mötəbər yarışlara çox yüksək səviyyədə ev sahibliyi edir. Bakı çox gözəldir və inkişafı göz qabağındadır. Buradakı təşkilatçılıq və ab-hava çox xoşuma gəlir. Ölkənizin bu sahədə böyük təcrübəsi var”, - deyə Ç. Maddok əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]