“ChatGPT” sınaqlar zamanı təzyiq altında yalan söyləyib
Bakı, 29 dekabr, AZƏRTAC
Alimlər maliyyə və söhbət məlumatları yüklənmiş süni intellektin (AI) “ChatGPT-4” modelinin etik davranışını müəyyən etmək məqsədilə unikal sınaq keçiriblər.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, AI sərmayədarı olaraq təlim keçirilən bu modelə təzyiq göstərildiyi zaman, onun öz məqsədinə çatmaq və istifadəçiləri aldatmaq üçün yalan söylədiyi məlum olub.
“Apollo Research” tədqiqat qrupunun üzvləri “ChatGPT-4” modelinə iki texnoloji şirkətin birləşməsi haqqında məlumatı daxil ediblər. Sonra onun sərmayə və etik davranışını test etmək üçün sınaq keçirilib. Bu prosesdə “ChatGPT-4”ün müəyyən bir müddətdə konkret məbləğdə pul qazanması üçün ona təzyiq göstərilib. AI modeli ABŞ qanunlarına görə qadağan olan metodlardan istifadə edərək yanlış vədlər verib, hiyləyə əl atıb. O, həmçinin digər sərmayədarlara doğru olmayan tövsiyələr verib, rəqiblərinin işinə əngəl törədib. Ən əsası, maliyyə bazarına təsir edəcək manipulyasiyadan istifadə edib.
Alimlər “ChatGPT-4” modelinin bu hərəkətlərini yalan danışmağa məcbur olan insan davranışına bənzədiblər. Araşdırma qrupunun rəhbəri Marius Hobbhan bildirib ki, strateji məsələlərə dair yanlış məlumatlar yüklənmiş süni intellekt modellərinin gələcək fəaliyyəti ilə bağlı diqqətli olmaq lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]
Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]