Çaylarda suyun səviyyəsi azalıb
Bakı, 6 iyul, AZƏRTAC
İyulun 6-da Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-60, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 60-110, Naxçıvan Muxtar Respublikası çaylarında isə 10 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2, Qanıx çayının Əyriçay məntəqəsində isə 8 santimetr azalma müşahidə olunub.
Kür çayının aşağı axınında da suyun səviyyəsində əsasən azalma qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsinin 3 santimetr artdığı müəyyən edilib.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 325, Şirvanda 169, Salyanda 85, Bankədə 180, Novruzlu məntəqəsində isə 43 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]