Çayların sululuğu ilə bağlı aparılmış araşdırmanın nəticələri açıqlanıb
Bakı, 3 iyul, AZƏRTAC
İyulun 3-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-60, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 60-110, Naxçıvan Muxtar Respublikası çaylarında isə 10 faizini təşkil edib.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumatda bildirilir ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 202 kubmetrdir.
Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsinin 10 santimetr azaldığı müəyyən edilib. Kür çayının aşağı axınında da suyun səviyyəsində əsasən azalma qeydə alınıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 331, Şirvanda 181, Salyanda 85, Bankədə 186, Araz çayının Novruzlu məntəqəsində isə 46 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]