Çayların sululuğu ilə bağlı mövcud vəziyyət açıqlanıb
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-80, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 40-110, Naxçıvan Muxtar Respublikası çaylarında isə 10 faizini təşkil edib.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 7, Qanıx çayının Əyriçay məntəqəsində isə 17 santimetr azalıb. Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Araz çayının Novruzlu məntəqəsində isə 1 santimetr azalma qeydə alınıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 340, Şirvanda 185, Salyanda 110, Bankədə 178, Novruzlu məntəqəsində isə 29 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]