“Çelsi” London klublarının rekordunu yeniləyib
Bakı, 25 yanvar, AZƏRTAC
İngiltərə Liqa kuboku turnirinin yarımfinal mərhələsi çərçivəsində keçirilən “Çelsi” və “Tottenhem” oyununda rekord təkrarlanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, iki oyunun nəticəsinə görə, qalib gələn (birinci oyun 0:1, ikinci oyun 2:1, penaltilərdə 4:2) “Çelsi” turnirdə 8-ci dəfə finala çıxmaqla London klublarının rekordunu təkrarlayıb. London klubları arasında “Arsenal” və “Tottenhem” hər biri 8 dəfə finalda mübarizə aparıblar.
Qeyd edək ki, “Tottenhem”lə oyunda “Çelsi”nin belçikalı yarımmüdafiəçisi Eden Hazard fərqlənib. Hazard “Stamford Bridc” arenasında qol vurduğu 46 oyunun heç birində komandası məğlub olmayıb. Yarımmüdafiəçi cari mövsümdə “Çelsi”nin heyətində 29 oyunda 13 dəfə rəqibin qapısına yol tapıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]