Çempionlar Liqası: Ulduz futbolçunun “Qarabağ”la oyunu buraxacağı dəqiqləşib
Bakı, 22 dekabr, AZƏRTAC
İngiltərənin “Liverpul” komandasının hücumçusu Aleksander İsak UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”la keçiriləcək oyunu buraxacaq.
AZƏRTAC xəbər verir ki, buna futbolçunun Premyer Liqanın XVI turunda “Tottenhem”lə (1:2) matç zamanı aldığı zədə səbəb olub. O, 56-cı dəqiqədə qol vurduqdan sonra zədələnərək meydanı tərk edib.
MRT müayinəsinə əsasən, isveçli forvardın uzun müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Mersisayd təmsilçisinin digər əsas hücumçusu Məhəmməd Salah isə Afrika Millətlər Kubokunun oyunları ilə bağlı “Liverpul”un düşərgəsini tərk edib. Bütün bunları nəzərə alan klub rəhbərliyi yeni hücumçu axtarışlarına start verib.
Qeyd edək ki, 2026-cı il yanvarın 29-da “Enfild” stadionunda keçiriləcək “Liverpul” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [23:08]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]