ÇERKASSI NÜMAYƏNDƏ HEYƏTİNİN SUMQAYITA SƏFƏRİ
Səfər Çerkassı ilə Sumqayıt arasında imzalanmış tərəfdaşlıq haqqında saziş çərçivəsində həyata keçirilir. Ötən il Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə hər iki şəhər arasında təxminən 20 illik tarixi olan dostluq münasibətləri bərpa edilmişdir.
Qonaqlar səfər çərçivəsində Sumqayıtın rəhbərliyi ilə görüşəcək, sənaye müəssisələrinə gedəcək, şəhərlə tanış olacaqlar.