Çexiya mədəniyyətinin “Xanım” və “Cəngavərlər”i müəyyən edilib
Praqa, 25 fevral, AZƏRTAC
Praqanın “Na Vinoqradax” teatrında “Çexiya mədəniyyətinin Xanımı” və “Çexiya mədəniyyətinin Cəngavəri” adlarının təqdim edilməsi mərasimi keçirilib. Mərasim “Mene Tekel” totalitarizm və zorakılıq əleyhinə festivalının açılışına həsr olunub.
AZƏRTAC xəbər verir ki, müğənni Karel Krıl, tarixçi Zdenek Kalista və rejissor Bedrjix Bartak ölümlərindən sonra Çexiya mədəniyyətinin cəngavəri olublar. Festivalın direktoru Yan Rjerjixah yazıçı Frantişek Şedivıya, dirijor Libor Peşekə və yazıçı, ravvin, keçmiş dissident Karol Sidona da mükafatlar təqdim edib.
Holokost dəhşətlərini yaşamış yazıçı Erika Bezdiçkova, daha bir yazıçı Gelena Qavliçkova “Çexiya mədəniyyətinin Xanımı” adına layiq görülüblər. Rəssam bacılar Kvete və İtke Valovalar ölümlərindən sonra bu titulun sahibi olublar.
Hər il Çexiyanın dini, etik və mədəni dəyərlərinin formalaşmasına böyük töhfə vermiş, öz vətəndaşlıq fəaliyyətində və yaradıcılığında əxlaqi dəyərləri əsla pozmayan mədəniyyət və ictimaiyyət xadimlərinə cəngavər adları verilir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [13:55]
Şahzadə Diananın qardaşının iddialarına Kral Çarlz cavab verməyib
- 18.09.2026 [13:39]
İstanbulun su anbarlarında doluluq 40 faizdən aşağı düşüb
- 18.09.2026 [13:09]
Sudanın cənubunda toqquşmalar nəticəsində 26 nəfər ölüb
- 18.09.2026 [12:39]
Barro: Fransa istənilən təhlükəyə və təcavüzə qarşı hazırlanır
- 18.09.2026 [11:55]