Çin ABŞ-ın insan hüquqları hesabatını rədd edib
Pekin, 12 mart, AZƏRTAC
Rəsmi Pekin ABŞ-ın Çində insan hüquqları ilə bağlı hesabatını rədd edib.
AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Qen Şuan ABŞ-ın 2019-cu il üzrə Çində insan hüquqları ilə bağlı hesabatının və dövlət katibi Mayk Pompeonun Çin dövlətinin Sincan Uyğur muxtar bölgəsi ilə bağlı siyasəti haqqında dediklərinin siyasi yalan və ideoloji mühakimələrlə dolu olduğunu bildirib.
ABŞ-ı Çinin daxili işlərinə qarışmağı dayandırmağa çağıran Çin XİN rəsmisi, hesabatdakı qeydlərin həqiqətə söykənmədiyini, köhnə ritorikanın təkrar edildiyini deyib.
O, Çin hökumətinin ölkədə insan hüquqlarının qorunmasına və təşviqinə böyük diqqət göstərdiyini, Çin Xalq Respublikası qurulandan bəri bu sahədə ciddi nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.
Qen Şuan Sincan məsələsinin Çinin daxili işi olduğunu, bura heç bir xarici qüvvənin müdaxiləsinin yolverilməz olduğunu qeyd edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]