Çin bu il hərbi xərclərini 7,2 faiz artırmağı planlaşdırır
Bakı, 5 mart, AZƏRTAC
Gərgin iqtisadi vəziyyətə baxmayaraq, Çin bu il hərbi xərclərini 7,2 faiz artırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının sədri (Baş nazir) Li Çianın ÇXR in Xalq Nümayəndələri Yığıncağının sessiyasına təqdim etdiyi hesabatda deyilir.
“İqtisadiyyatın transformasiyası davam etməli və bütün risk və çağırışlara hazırlıq görülməlidir. Rəsmi rəqəmlərə görə, ötən il Çində iqtisadi artım 5,2 faiz təşkil edib ki, bu da pandemiya dövrü istisna olmaqla, son onilliklərin ən aşağı göstəricisidir. Çin iqtisadiyyatı son vaxtlar, ilk növbədə, aşağı qlobal tələbdən, zəif daxili istehlakdan və daşınmaz əmlak bazarındakı böhrandan əziyyət çəkir”, - deyə Li Çian bildirib.
Baş nazirin təqdim etdiyi hesabata görə, hökumət bu il üç faizlik büdcə kəsirinin olacağını proqnozlaşdırır. Buna baxmayaraq, hərbi xərclərin əvvəlki ildə olduğu kimi yenidən 7,2 faiz artacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]