Çin “TikTok” əlavəsi üçün ABŞ-da alıcı tapıb. O, “Microsoft” deyil
Bakı, 14 sentyabr, AZƏRTAC
“TikTok” əlavəsinin sahibi Çinin “ByteDance” kompaniyası sosial şəbəkənin Amerika seqmentini “Microsoft” korporasiyasına satmaq fikrindən daşınıb.
AZƏRTAC Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, çinlilərin hazırkı seçimi “Oracle” kompaniyasıdır.
ABŞ hakimiyyəti “TikTok” əlavəsini milli təhlükəsizliyə təhdid hesab edir. Onlar əlavənin guya amerikalılar barədə məlumatları Çin hakimiyyətinə ötürə biləcəyindən ehtiyatlanır.
Avqustun 27-də ABŞ administrasiyası sosial şəbəkənin sahibləri ilə istənilən sövdələşmənin dayandırılması üçün 45 gün vaxt ayırıb. Bu müddət sentyabrın 20-də bitir.
Qeyd edək ki, “TikTok” 2020-ci ilin avqust ayı ərzində dünyada ən çox yüklənən əlavə olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]