Çində daha bir “Boeing 737-800” yük təyyarəsinin yığım xətti istifadəyə veriləcək
Pekin, 11 fevral, AZƏRTAC
Çinin Quancou şəhərində “Boeing -737-800” yük təyyarələrinin son yığım xətti istifadəyə veriləcək. Bu, Çində “Boeing-737” sərnişin təyyarələrinin yük təyyarəsinə dəyişdirilərək yenidən yığımı üzrə 3-cü istehsal məntəqəsi olacaq.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, “Boeing”in Çinin hər 3 şəhərindəki istehsal tərəfdaşı “Quancou təyyarələrə texniki xidmət mühəndisliyi” (GAMECO) şirkətidir. Növbəti istehsal xəttinin istifadəyə verilməsi Çində elektron ticarətin genişlənməsi fonunda çoxalan sürətli daşımaları təmin etməkdir.
Qeyd edək ki, 2016-cı ildən əməkdaşlığa başlayan “Boeing” və GAMECO Şanxay və Cinanda “Boeing -737-800” yük təyyarələrinin yığımına başlayıb. Çin hazırda daşınan sərnişinlərin sayına və yüklərin həcminə görə dünyada ikinci ən böyük mülki aviasiya bazarı hesab olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]