ÇİNDƏ DÜNYADA ƏN QƏDİM RƏSƏDXANA AŞKAR EDİLMİŞDİR
Linfen şəhəri yaxınlığında təqribən 3 milyon kvadratmetr sahədə yerləşən “Taosa” meydançasında aparılan arxeoloji qazıntılar nəticəsində alimlər Britaniyadakı “Stounhenca”ya bənzər rəsədxana aşkar etmişlər. 4 metr hündürlüyündə 13 daş sütun 40 metr radiusda bir-birindən müəyyən məsafədə yerləşdirilmişdir. Mütəxəssislərin ilkin hesablamaları və müşahidələri göstərmişdir ki, Hazırda Çində geniş tətbiq olunan qəməri təqvimdən fərqli olaraq, bu cür qurğu sayəsində kənd təsərrüfatı mövsümünün başlanmasını 1-2 gün fərqlə əvvəlcədən xəbər vermək mümkün idi.
Alimlərin fikrincə, bu rəsədxana Mayya hindi qəbiləsinin Mərkəzi Amerika ölkələrinin ərazisində yerləşmiş və indiyədək ən qədim sayılan rəsədxanalarından 2000 il əvvəl tikilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]