Çində tətbiq olunan uzaqdan zondlama proqramından Azərbaycanda istifadə olunacaq
Bakı, 1 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu (İSİ) ilə Çin Elmlər Akademiyasının Aerokosmik İnformasiya Tədqiqat İnstitutu arasında ikitərəfli əlaqələr inkişaf etdirilir.
İSİ-dən AZƏRTAC-a bildirilib ki, əməkdaşlıq çərçivəsində Çin Elmlər Akademiyasında tətbiq olunan uzaqdan zondlama proqramının Azərbaycanda istifadəsi, aerokosmik sahədə informasiyaların əldə olunması, emalı və istifadəsi, bu istiqamətdə birgə elmi-tədqiqatların aparılması planlaşdırılır.