Çindən Qazaxıstana “CoronaVac” peyvəndinin ilk partiyası gətirilib
Nur-Sultan, 1 iyun, AZƏRTAC
Qazaxıstanda koronavirusa qarşı dörd növ vaksindən istifadə olunur. Çindən Qazaxıstana “CoronaVac” peyvəndinin 500 dozadan ibarət ilk partiyası gətirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Aleksey Tsoy açıqlama verib.
"CoronaVac" peyvəndinin Qazaxıstan Səhiyyə Nazirliyi tərəfindən ölkədə istifadəsi təsdiq edilib və "QazVac", "Sputnik V" və "Hayat-Vax" peyvəndləri ilə yanaşı istifadə olunacaq.
Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, bu günə qədər təxminən 3,2 milyon nəfər peyvənd olunub və ölkədə vaksin çatışmazlığı problemi yoxdur.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan