Çingiz Əsgərov: Ermənilərin Qarabağda törətdiyi ekoloji cinayətləri sübut edəcəyimizə inanıram
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Avropa Məhkəməsinə Ermənistana qarşı üç dövlətlərarası şikayət göndərmişdi. Növbəti şikayət ötən ilin sonlarında Laçının Zabux və Sus kəndlərində ermənilər tərəfindən törədilmiş cinayət əməlləri ilə bağlı olub. Şikayətlə bağlı hələ ki, icraat başlamayıb. Lakin birinci şikayətlə bağlı icraat başlanılıb, hazırda tərəflərin mövqeləri artıq Avropa Məhkəməsinə bildirilib. Biz gözləyirik ki, Avropa Məhkəməsi bu il ərzində heç olmasa, bu şikayətin mümkünlüyü ilə bağlı qərar qəbul etsin və biz artıq mahiyyət üzrə öz dəlillərimizi təqdim edək.
AZƏRTAC xəbər verir ki, bunu Ali Məhkəmənin sədr müavini, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov jurnalistlərə müsahibəsində deyib.
Ermənistan tərəfindən Qarabağda törədilən ekoloji cinayətlərlə bağlı həmin şikayətə beynəlxalq konvensiya çərçivəsində baxılacaq. Xarici İşlər Nazirliyi tərəfindən çox məzmunlu şikayət göndərilib. Hesab edirəm ki, ermənilər tərəfindən törədilmiş ekoloji cinayətləri sübut edə biləcəyik və onların məsuliyyətə cəlb edilməsinə nail olacağıq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 09.06.2026 [11:39]
Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb
- 09.06.2026 [11:35]
Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 09.06.2026 [11:31]
Dərmanların təhlükəsizliyi necə qorunur?
- 09.06.2026 [11:27]
“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]