ÇİNGİZ HÜSEYNZADƏ YENİDƏN ATLETİKA FEDERASİYASININ PREZİDENTİ SEÇİLMİŞDİR
Bakı, 13 iyul (AZƏRTAC). İyulun 13-də Milli Olimpiya Komitəsində Azərbaycan Atletika Federasiyasının hesabat-seçki konfransı keçirilmişdir.
Federasiyanın prezidenti Çingiz Hüseynzadə qurumun 2004-2008-ci illərdəki fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmiş, təftiş komissiyasının hesabatı dinlənilmişdir. Federasiyanın baş katibi Firat Hüseynov hesabat dövründə atletlərin qazandığı uğurlardan, atletikanın orta məktəblərdə tədrisindən danışmışdır.
Sonra təşkilati məsələyə baxılmış, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yenidən Azərbaycan Atletika Federasiyasının prezidenti seçilmişdir.
Konfransda müxtəlif komissiyaların sədrləri də seçilmiş, “İlin ən yaxşı idmançısı”, “İlin ən yaxşı məşqçisi”, “İlin ən yaxşı hakimi” mükafatları təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]