Çinin xarici valyuta əməliyyatları üçün yuan fondundakı vəsait azalıb
Pekin, 22 oktyabr, AZƏRTAC
Çinin xarici valyuta əməliyyatları üçün yuan fondundakı vəsait sentyabrda 119,4 milyard yuan (17,2 milyard ABŞ dolları) azalıb.
AZƏRTAC xəbər verir ki, Çin mərkəzi bankının məlumatına əsasən, fonddakı vəsait sentyabrda 21,4 trilyon yuan (3,09 trilyon dollar) səviyyəsinə enib.
Ölkənin xarici valyuta ehtiyatı da ötən ay 0,7 faiz azalaraq, 3,087 trilyon dollar olub. Buna baxmayaraq Çin xarici valyuta ehtiyatındakı vəsaitin məbləğinə görə dünyada ilk yerdədir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [21:09]
Səudiyyə Ərəbistanının neft hasilatı son 36 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.05.2026 [19:34]
İsveçdə cinayətkarların vətəndaşlıq hüququndan məhrum edilməsi təklif olunub
- 13.05.2026 [19:06]
Türkiyə Qırğızıstanda GES inşa edə bilər
- 13.05.2026 [17:43]
Türkiyə Prezidenti Qazaxıstana dövlət səfərinə gəlib
- 13.05.2026 [17:18]