Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər Azərbaycan Prezidentinin cəzaları humanistləşdirmək siyasətindən irəli gəlir

Milli Məclisdə Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi ictimai müzakirəyə çıxarılıb

Bakı, 29 sentyabr, AZƏRTAC

“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən sentyabrın 29-da Milli Məclisdə Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi ictimai müzakirəyə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı təşkil olunan “dəyirmi masa”da çıxış edən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanda Cinayət Məcəlləsində daha çox sərt cəza qaydalarının tətbiqinin şahidi oluruq və cinayət törədən şəxslərə qarşı azadlıqdan məhrumetmə növü çox geniş tətbiq olunub. “Azərbaycan Prezidenti bunu qeyri-normal hesab edir. Biz dövlətimizin başçısının bu fikri ilə razıyıq. Həqiqətən cinayətkarlığa qarşı mübarizədə müxtəlif istiqamətlər ola bilər. Təbii ki, cinayətkarlığa qarşı kəskin mübarizə aparılmalıdır. Ancaq bununla belə yaranmış müəyyən şəraitdə qanunu pozmuş şəxslərə humanist münasibətlər göstərmək lazımdır. Dövlətimizin başçısının həmin Sərəncamında, eyni zamanda, penitensiar sistemin təkmilləşdirilməsinə dair təkliflər və bununla bağlı bir sıra məsələlər yer alıb. Dünyada ikinci bir ölkə yoxdur ki, dövlət başçısı cəza sistemində olan vəziyyətlə bağlı narahatlığını ifadə etsin və cəzaların humanistləşdirməsi istiqamətində konkret addım atsın. Prezident İlham Əliyev imzaladığı sənədlə cinayətin humanistləşdirilməsi istiqamətində mühüm addım atıb. Bu qanun layihəsi dövlətimizin başçısı tərəfindən parlamentə daxil olub”, - deyə Aparat rəhbəri vurğulayıb.

Qeyd olunub ki, Prezident İlham Əliyev dəfələrlə əfv fərmanları verib, Milli Məclis Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktları qəbul edib. Bütün bunlar ona dəlalət edir ki, dövlətimiz bir tərəfdən qanunların ciddi icra olunmasına, digər tərəfdən isə insanlara ədalətli şəkildə tətbiq edilməsinə çalışır.

“Qanun layihəsinə təklif edilən dəyişikliklər əsasən dörd istiqamətdədir. Bu istiqamətlər cinayətin dekriminallaşması və bunun nəticəsində daha geniş alternativ cəzaların tətbiqidir. Digər bir istiqamət yeni alternativ cəza növlərinin tapılması, mövcud alternativ cəza növlərinin geniş tətbiqi ilə bağlıdır. Eyni zamanda, vurulmuş ziyana görə cəzanın vurulan ziyanın ödəniləcəyi təqdirdə cinayət törədən şəxsin ya azad olunması, yaxud da daha yüngül cəza ilə əvəzlənməsi, həmçinin narkotik maddələrin qəbulu ilə bağlı dəyişikliklər öz əksini tapıb”, - deyə Səfa Mirzəyev diqqətə çatdırıb.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycanda həbs qətimkan tədbirlərinin tətbiqi bu il 30 faiz azalıb və digər imkan tədbirləri ilə əvəzlənib. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncamdan sonra baş verib. Prezidentin təqdimatı əsasında qanunvericiliyə ediləcək müvafiq dəyişikliklərdən sonra bu göstərici daha da aşağı düşəcək.

Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov bildirib ki, penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual tədbirlərin tətbiqinin genişləndirilməsi barədə Prezident İlham Əliyevin 2017-ci il 10 fevral tarixli Sərəncamı humanist siyasətin növbəti təzahürüdür. Bu sənəd ölkəmizdə davamlı aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarının tərkib hissəsi, eyni zamanda, cinayət təqibinin və cəzaların icrası sahəsində yeni mərhələnin başlanmasının əsası kimi qiymətləndirilməlidir. Ümumilikdə cəza siyasətinin humanistləşdirilməsi sahəsində uzun müddətdən bəri, yəni 2000-ci ildən etibarən tədbirlərin görülməsinə baxmayaraq, məhkəmələr cinayət törətmiş şəxslər barəsində bir çox hallarda həbslə əlaqədar qətimkan tədbirinin seçilməsinə və azadlıqdan məhrumetmə ilə bağlı cəzanın tətbiqinə üstünlük verirdilər. Bunun obyektiv və subyektiv səbəbləri barədə danışan Şahin Yusifov qeyd edib ki, qüvvədə olan cinayət qanunvericiliyində bir sıra çatışmazlıqlar mövcud idi, müzakirəyə çıxarılmış bu qanun layihəsində bütün bunlar aradan qaldırılıb. Buna misal olaraq, demək olar ki, müvafiq maddələrdə azadlıqdan məhrumetmə ilə yanaşı, yüksək məbləğlərdə cərimə cəzası da tətbiq olunub. Dəyişikliklərdən əvvəl, eyni zamanda, müəyyən cəzaların icrası da mümkünsüz olurdu, belə olan halda məhkəmələr əsasən azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə üstünlük verirdilər.

Bildirilib ki, qanun layihəsini hazırlayarkən, ilk növbədə, Azərbaycan Respublikasının Konstitusiyası, onun tələbləri, digər ölkələrin qanunvericilik və məhkəmə təcrübəsi, Avropa Məhkəməsinin presedent hüququ, Konvensiyasının tələbləri nəzərə alınıb.

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Vüsal İsayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il fevralın 10-da penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı imzaladığı Sərəncamdakı tövsiyələrə uyğun olaraq, həbs edilən şəxslərin sayı xeyli azalıb. İctimaiyyət üçün böyük təhlükə törətməyən cinayətlərə görə lüzumsuz yerə həbs edilmənin qarşısının alınması istiqamətində tədbirlər görülməkdədir və bu tədbirlər davam etdiriləcək.

Vüsal İsayev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, ümumilikdə 36 cinayətə görə azadlıqdan məhrumetmə cəzasının hədləri aşağı salınır. Qanun layihəsində Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişikliyin edilməsi nəzərdə tutulub. Buraya humanistləşdirmə, liberallaşdırma, azadlıqdan məhrumedilmə sanksiyalarının azaldılması da daxildir. 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük cinayətlərə aid olmayan kateqoriyaya, dörd cinayət isə ağır kateqoriyadan az ağır kateqoriyaya keçirilib. 13 sanksiyada azadlıqdan məhrumetmə cəzasının hədləri dəyişdirilib. Cinayət tərkiblərin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bəzi əməllər dekriminallaşdırılıb. Belə əməllərin sayı 15-dir və əsasən mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir. Digər istiqamət isə bir sıra cinayət əməllərinə görə cinayət məsuliyyəti yaradan həddin artırılması ilə həmin əməllərin dekriminallaşdırılmasına nail olmaqdır. Bu əməllərə görə hədd beş dəfə artırılıb, nəticədə mülkiyyət əleyhinə bir sıra əməllər dekriminallaşdırılıb. Həddin beş dəfə artırılması mülkiyyət əleyhinə bəzi cinayətlərə aid edilmir. Lakin həmin əməllərin dekriminallaşdırılması o demək deyil ki, onları törədənlər cəzasız, məsuliyyətdən kənarda qalacaq. Belə şəxslərin əməlləri İnzibati Xətalar Məcəlləsinə daxil olduğu üçün onlar inzibati məsuliyyətə cəlb olunacaqlar.

Bildirilib ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, Azərbaycanda narkotik maddələrin istifadəsinə görə ilk dəfə tutulan şəxslərə güzəşt ediləcək. Həmin şəxslər məhkəmənin qərarı ilə stasionar müalicəyə cəlb olunacaq. Əgər şəxs sağalacaqsa və tibbi xarakterli qərarlar ləğv olunacaqsa, həmin şəxs cinayət məsuliyyətindən azad ediləcək. Həmin şəxslər dövlət hesabına müalicə olunacaqlar və bu, dövlətin öz üzərinə götürdüyü böyük bir öhdəlikdir.

Azərbaycanda azadlığı məhdudlaşdırılmış şəxslərə nəzarətdə elmi nailiyyətlərdən, xüsusi elektron vasitələrdən istifadə olunacağını qeyd edən Vüsal İsayev deyib: “Təhlillər aparılarkən məlum oldu ki, Cinayət Məcəlləsində nəzərdə tutulan bir çox tərkiblərə görə azadlıqdan məhrum etməyə alternativ sanksiya nəzərdə tutulmayıb. Belə halların sayı 60 faizə yaxın idi. Odur ki, azadlıqdan məhrumetmə ilə bağlı olmayan yeni növ cəzanın - azadlığın məhdudlaşdırılması cəzasının Cinayət Məcəlləsinə daxil edilməsini təklif etdik. Əvvəllər Cinayət Məcəlləsində azadlığın məhdudlaşdırılması növü olub. Lakin həmin cəza növü tamamilə fərqli idi, şəxslərin xüsusi müəssisələrdə saxlanmasını nəzərdə tuturdu. Lakin sonradan bu cəza növü effekt vermədiyi üçün Cinayət Məcəlləsindən çıxarılmışdı. İndiki cəza növünün isə mahiyyəti tamamilə dəyişdirilib. Belə ki, azadlığı məhdudlaşdırılmış şəxslərə nəzarət elmi nailiyyətlərdən, xüsusi elektron vasitələrdən istifadə olunmaqla həyata keçiriləcək”.

“Dəyirmi masa”da Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərə komitə üzvləri, dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri də münasibət bildiriblər. Çıxışlarda ictimai müzakirəyə çıxarılan qanun layihəsinin bəzi maddələri ilə bağlı fikir və təkliflər səslənib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində