CİNAYƏTKARLAR MERİN OĞLUNU OĞURLAMAĞA ÇALIŞMIŞLAR
AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, Gürcüstan paytaxtının meri Vano Zodelavanın oğlu Nikanı oğurlamağa cəhd göstərmiş bir qrup cinayətkar yaxalanmışdır. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, aralarında bir qadın da olan cinayətkarlar Nikanı və üç dostunu aldadaraq bir mənzilə gətirmiş və silahla hədələyərək, ondan atasını həmin mənzilə çağırmağı tələb etmişlər. Lakin, Nikanın bəxtindən, atası ilə telefon əlaqəsi saxlamaq mümkün olmamışdır. Bundan sonra cinayətkarlar girovları mənzildə qoyaraq qaçıb aradan çıxmışlar.
Polis əməkdaşları pul qoparmaq üçün insan oğurluğu ilə məşğul olan bu qrupun üzvlərindən üçünü tutmuşlar. Cinayətkar dəstənin qalan üzvlərini yaxalamaq üçün əməliyyat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]