COKO HADZİYEVSKİ: FİNLANDİYA YIĞMASI İLƏ OYUNA QƏLƏBƏ ÜÇÜN ÇIXACAĞIQ
Noyabrın 17-də səfərdə Finlandiya millisi ilə keçiriləcək oyun ərəfəsində yığma komandanın hazırlıq prosesinə toxunan baş məşqçi 4-5 günlük toplanışların nəticəsindən razı qaldığını söyləmişdir.
Futbolçuların məşqlərə əzmlə hazırlaşmasından xüsusilə razılığını bildirən baş məşqçi demişdir ki, biz yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Mən optimist insanam və oyuna yalnız qələbə qazanmaq üçün çıxacağımızı deyə bilərəm.
Rəqib komanda barədə kifayət qədər məlumatı olduğunu deyən C. Hadziyevski, Finlandiya ilə oyunda yalnız Emin Quliyevin və Emin İmaməliyevin zədəli olmalarının yığmamız üçün kiçik problemlər yarada biləcəyini istisna etməmişdir. Bununla belə, baş məşqçi bu gün heyətə çağırılan oyunçuların Azərbaycan futbolunun ən tanınmış simaları olduğunu diqqətə çatdırmışdır.
Uzun müddət yığmadan kənarda qalan Anatoli Ponomoryovun yenidən komandaya cəlb olunmasına aydınlıq gətirən mütəxəssis onun Finlandiya ilə oyunda meydana çıxmayacağını söyləmişdir. Bu yaxınlarda Türkiyə çempionatında “Sivasspor”un heyətində “Beşiktaş”a qələbə topunu vuran İlqar Qurbanovun milliyə çağırılmaması ilə bağlı sualı cavablandıran C. Hadziyevski, bunu futbolçunun öz klubunda əsas heyətə düşə bilməməsi ilə əlaqələndirmişdir.
Azərbaycan yığmasının qələbəyə layiq olduğunu söyləyən baş məşqçi, lazımi nəticənin qazanılması üçün sonadək mübarizə aparacaqlarını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]