Azərbaycan Dövlət İnformasiya Agentliyi

COP29-dan WUF13-ə: qlobal təşəbbüslər, faydalı dialoqlar məkanı Azərbaycan - məqalə

COP29-dan WUF13-ə: qlobal təşəbbüslər, faydalı dialoqlar məkanı Azərbaycan - məqalə

Naxçıvan, 4 may, AZƏRTAC

Azərbaycanın beynəlxalq miqyasda yüksələn siyasi nüfuzu və zəngin təcrübəsi ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlərdə öz real təsdiqini tapır. Ölkənin elmi, mədəni və ictimai-siyasi tarixinə mühüm nailiyyətlər kimi həkk olunan bu tədbirlər Cənubi Qafqazın lider dövlətinin həm də qlobal təşəbbüslər və strateji dialoqlar məkanına çevrilməsini şərtləndirir. Bu, Azərbaycanın yeni dünya düzəninin formalaşmasında artan rolunun bariz göstəricisidir. Bu qlobal nüfuzun ən parlaq nümunələri sırasında 2024-cü ilin noyabrında Bakıda 196 ölkədən 72 min iştirakçının və 80 dövlət liderinin təmsilçiliyi ilə keçirilən, mühüm qərarların qəbul olunduğu COP29 konfransını xüsusi qeyd etmək olar. Azərbaycanın daxili və xarici siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin, eləcə də ölkə diplomatiyasının qazandığı müsbət imicin növbəti göstəricisi isə 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına (WUF13) ev sahibliyi statusunun qazanılmasıdır.

WUF13 Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi zəngin təcrübənin geniş ictimaiyyətə tanıdılması, habelə qədimliklə müasirliyin vəhdətindən doğan unikal mədəniyyətimizin və memarlığımızın təbliği baxımından tarixi hadisə kimi yadda qalacaq. Forum, eyni zamanda, respublikamızın ümumdünya urbanizasiya proseslərində iştirak imkanlarının genişləndiyini və bu sahədə etibarlı tərəfdaş kimi böyük etimad qazandığını nümayiş etdirir.

Azərbaycan qlobal şəhərsalma mərkəzinə çevriləcək

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən 2001-ci ildə təsis olunan Ümumdünya Şəhərsalma Forumu (WUF) hazırda dayanıqlı şəhər inkişafı sahəsində dünyanın ən nüfuzlu qlobal platforması hesab edilir. Forumun əsas məqsədi sürətli urbanizasiya proseslərinin getdiyi müasir dünyada şəhərlərin sosial, iqtisadi və ekoloji baxımdan davamlı inkişafını müzakirə etmək, dövlətlər arasında təcrübə və ideya mübadiləsinə şərait yaratmaqdır. İndiyədək Nayrobi, Barselona, Rio-de-Janeyro, Kuala-Lumpur və Əbu-Dabi kimi şəhərlərin ev sahibliyi etdiyi bu mötəbər tədbir urbanizasiyanın müxtəlif aspektləri ilə məşğul olan minlərlə iştirakçıya şəhərlərin planlaşdırılması və idarə edilməsi sahəsində biliklərini bölüşmək üçün əlverişli imkanlar təqdim edir.

Bu amillər fonunda Bakıda keçiriləcək WUF13-ün çoxsaylı tədbirləri vasitəsilə yeni qlobal çağırışların müzakirəsinə vəsilə olacağını və beynəlxalq tərəfdaşlıqlar üçün münbit zəmin hazırlayacağını əminliklə söyləmək olar. Forum çərçivəsində müxtəlif ölkələrdən dövlət rəsmiləri, qeyri-hökumət təşkilatları, sahə mütəxəssisləri, ekspertlər və özəl sektor nümayəndələri bir araya gələrək geniş fikir mübadiləsi aparacaq, yeni bilik və təcrübələrə yiyələnəcəklər. Ümumdünya Şəhərsalma Forumu şəhərsalma sahəsində innovativ ideyaları ortaya çıxarmaqla yanaşı, respublikamızın dinamik inkişaf edən iqtisadi sahələrinə xarici sərmayələrin cəlbi və turizm sektorunun tərəqqisi üçün geniş perspektivlər də vəd edir.

Azərbaycanın şəhərsalma modeli dünya üçün nümunədir

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və Tədbirlər Planının təsdiq olunması da bu sahədə fəaliyyətin konsepsiya əsasında qurulmasına və beləliklə də WUF13-ün yüksək səviyyədə təşkilinə imkan verəcək mühüm amildir. Bu qərar, eyni zamanda, ölkədə şəhərsalma siyasətinin sistemli şəkildə inkişafına, memarlıq irsinin qorunmasına, müasir urbanizasiya çağırışlarına uyğun yeni yanaşmaların tətbiqinə geniş imkanlar yaradır. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçiriləcək layihələr Azərbaycanın şəhərlərinin daha dayanıqlı, funksional və estetik baxımdan müasir standartlara uyğun inkişafını sürətləndirəcək, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üçün əlverişli platforma formalaşdıracaq. Bu, həm də ölkəmizin şəhər planlaşdırılması sahəsində qazandığı təcrübənin sistemləşdirilməsi və qlobal urbanizasiya proseslərinə daha fəal inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır.

WUF13 çərçivəsində beynəlxalq ictimaiyyətin böyük marağına səbəb olacaq ən vacib məqamlardan biri, şübhəsiz ki, ölkəmizdə şəhərsalma sahəsində qazanılan uğurlu təcrübə və şəhər quruculuğu prosesində tarixlə müasirliyin harmonik vəhdətidir. Azərbaycana səfər edən rəsmi şəxslər və turistlər Bakı, Naxçıvan, Gəncə kimi şəhərlərimizin timsalında bu inkişafı illərdir yüksək qiymətləndirirlər.

Bu baxımdan, 30 il ərzində işğalçılıq siyasətinə və vandalizmə məruz qalmış Qarabağ və Şərqi Zəngəzur torpaqlarının müasir yanaşma ilə bərpası xüsusi əhəmiyyət kəsb edir. Regionun ekoloji cəhətdən təmiz, texnoloji baxımdan ən inkişaf etmiş metodlar, o cümlədən “yaşıl enerji”, “sıfır tullantı”, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında yenidən qurulması beynəlxalq layihə institutları, habelə BMT-nin Məskunlaşma Proqramının rəhbərliyi tərəfindən rəğbətlə qarşılanır. Məcburi köçkünlərin qayıdışı üçün icra olunan ilk pilot layihə — Zəngilanın Ağalı kəndi bu gün dünyanın ən müasir yaşayış məskənlərindən biri kimi nümunə göstərilir. Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində aparılan bərpa və yenidənqurma işlərində ən təqdirəlayiq məqamlardan biri müasirləşmə ilə yanaşı, qədimliyin də qorunub saxlanılmasıdır. Azad edilmiş şəhərlərin Baş planları ərazinin tarixi-memarlıq irsi və çoxəsrlik mədəni dəyərləri nəzərə alınmaqla tərtib edilir. Bütün bunlar WUF13 platformasında Azərbaycanın təkcə enerji ixracatçısı kimi deyil, həm də dayanıqlı inkişaf və müasir şəhərsalma modellərini uğurla tətbiq edən ölkə kimi rəğbət qazandığını bir daha göstərir.

WUF13-ə aparan uğurlu yol

BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı sayəsində ölkəmiz artıq üç mühüm foruma uğurla ev sahibliyi edib. Digər strateji sahələrdə olduğu kimi, şəhərsalma istiqamətində də beynəlxalq tədbirlərin keçirilməsi baxımından respublikamız zəngin təcrübə qazanıb. Belə ki, 2022-ci ildə Ağdamda, 2023-cü ildə Zəngilanda və 2025-ci ildə Xankəndidə təşkil olunan Azərbaycan Milli Şəhərsalma forumları dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin təcrübə mübadiləsi və dayanıqlı inkişaf naminə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün uğurlu platformaya çevrilib. Dünyanın tanınmış layihə rəhbərlərini və nüfuzlu qonaqları bir araya gətirən həmin tədbirlərin məhz işğaldan azad edilmiş ərazilərdə keçirilməsi böyük rəmzi məna daşıyır. Bu, uzun illər şəhərləri dağıdılan, viran edilən və ərazisində qanunsuz məskunlaşma siyasəti aparılan Azərbaycanın beynəlxalq ictimaiyyətə ünvanladığı ədalət mesajı idi. Xüsusilə Xankəndi forumu həm təşkilatçılıq səviyyəsi, həm də strateji əhəmiyyəti baxımından WUF13-ə gedən yolda mühüm və tarixi bir mərhələ kimi qiymətləndirilir.

Azərbaycanın qazandığı zəngin təşkilatçılıq təcrübəsi deməyə əsas verir ki, paytaxt Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına yüksək səviyyədə ev sahibliyi edəcək. COP29 konfransı bir daha sübut etdi ki, Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda Azərbaycan etibarlı tərəfdaş və məsuliyyətli ev sahibi kimi qlobal məsələlərin həllində nəticəyönümlü fəaliyyət nümayiş etdirir. Bu baxımdan, WUF13-ü beynəlxalq ictimaiyyətin respublikamıza artan etimadının göstəricisi və COP29-un məntiqi davamı kimi dəyərləndirmək olar. Həm COP29, həm də WUF13 ölkəmizin artıq təkcə regional deyil, həm də qlobal əhəmiyyətli problemlərin müzakirə olunduğu mühüm dialoq məkanına çevrildiyini və bu prosesin davamlı xarakter aldığını bir daha təsdiqləyir.

Əminliklə qeyd etmək olar ki, WUF13 qədim və zəngin şəhərsalma ənənələrinə malik olan Azərbaycanın bu sahədəki geniş potensialını beynəlxalq müstəvidə növbəti dəfə nümayiş etdirəcək. Bu mühüm tədbir müasir dövrün çağırışlarına cavab verən innovativ tikinti və bərpa layihələrinin təşviqinə təkan verməklə yanaşı, davamlı inkişaf prinsiplərinə söykənən yeni yanaşmaların formalaşmasına şərait yaradacaq. Eyni zamanda, forum Azərbaycanın qurub-yaratmaq fəlsəfəsini ön plana çıxaracaq. Beləliklə, WUF13 şəhərsalma sahəsində sülh, qarşılıqlı anlaşma və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edən uğurlu platforma kimi tarixə düşəcək.

Müxbir - Nail Əsgərov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb