CORC BUŞ PAKİSTANLA NÜVƏ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQDAN İMTİNA ETMİŞDİR
Buş demişdir ki, Pakistan Prezidenti Pərviz Müşərrəf bu sahədə ABŞ-Pakistan sazişinin bağlanması məsələsini qaldırmışdı. Lakin ABŞ liderinin sözlərinə görə, o, həmsöhbətinə izah etmişdir ki, Hindistan və Pakistan müxtəlif ehtiyacları və müxtəlif tarixi olan ölkələrdir.
Birləşmiş Ştatların Prezidenti bildirmişdir ki, ABŞ-ın İrana təzyiqi bu ölkənin təbii qazını nəzarət altına almaq cəhdi ilə bağlı deyildir. Onun fikrincə, münaqişə yalnız Tehranın öz atom bombasını yaratmaq kimi təhlükəli səyindən başlanmışdır.
ABŞ Prezidenti Pakistanın ölkədə qaz istehlakını artırmaq niyyətini anladığını söyləmiş və İrandan Pakistana və Hindistana qaz kəməri çəkilməsinə etiraz etmədiyinə işarə vurmuşdur. Hərçənd əvvəllər ABŞ hökuməti bu layihə ilə qətiyyən razı olmadığını dəfələrlə bildirmişdi.
C.Buş demişdir ki, ABŞ Pakistana öz enerji proqramını həyata keçirməkdə kömək edəcəkdir. Bu məsələdə qarşılıqlı fəaliyyəti müzakirə etmək üçün ABŞ-ın energetika naziri Səmuel Bodmən yaxın vaxtlarda İslamabada gələcəkdir.