Covani Van Bronkxorst cari mövsümün sonunda “Feyenoord”dan ayrılacaq
Bakı, 25 yanvar, AZƏRTAC
Hollandiyanın “Feyenoord” futbol klubunun baş məşqçisi Covani Van Bronkxorst cari mövsümün sonunda komandadan ayrılacağını bildirib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 43 yaşlı hollandiyalı mütəxəssis 2015-ci ildən “Feyenoord”un baş məşqçi postunda çalışır. Baş məşqçinin klubda nailiyyətləri olsa da, fəaliyyətindən narazıdır.
Mütəxəssis 2010-2011-ci illərdə 21 yaşadək futbolçulardan ibarət Hollandiya yığmasında və “Feyenoord” klubunda baş məşqçinin köməkçisi postunda çalışıb.
Van Bronxorst futbolçu karyerası ərzində “Barselona”, “Arsenal” və “Feyenoord” klublarında forma geyinib. Yarımmüdafiəçi Hollandiya millisinin heyətində isə 106 oyunda 6 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]