Cozef Danford: Əfqanıstandakı əməliyyatlarda Azərbaycanın rolunu yüksək qiymətləndiririk
Bakı, 16 iyun, AZƏRTAC
İyunun 15-də Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasının təxsisatlar komitəsində Müdafiə Nazirliyinin büdcə dinləmələri keçirilib. Senatın nümayəndəsi Henrik Kvelyerin Əfqanıstandakı əməliyyatlarda ABŞ-ın regiondakı sadiq müttəfiqi kimi Azərbaycanın rolu barədə sualına cavabında bu ölkənin Baş Qərargahlar rəisi general Cozef Danford ölkəmizin rolunu xüsusi yüksək qiymətləndirib.
AZƏRTAC xəbər verir ki, fevralda Bakıya səfər etdiyini xatırladan general Prezident İlham Əliyevə bu dəstəyə görə şəxsən minnətdarlıq etdiyini bildirib. O deyib: “Fevralda mən Bakıda səfərdə idim. Azərbaycan rəhbərliyi, o cümlədən Prezident İlham Əliyevlə görüşmək və şimal paylaşdırma şəbəkəsində onların göstərdiyi dəstəyə görə təşəkkür etmək şərəfinə nail oldum.
Azərbaycanın yaratdığı imkan sayəsində biz Əfqanıstandakı qüvvələrimizin yenidən təchizatını təmin edə bildik. Regiona çıxışı təmin edən Azərbaycanın rolunu yüksək qiymətləndiririk. ABŞ nəqliyyat komandanlığının Azərbaycanla çox yaxın tərəfdaşlığı var. Onlar bu çıxışı və dəstəyi yüksək qiymətləndirir, bu əlaqələrin saxlanılmasını istəyir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:33]
QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var
- 13.10.2026 [16:47]
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
- 13.10.2026 [16:44]
Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb
- 13.10.2026 [14:02]
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
- 13.10.2026 [13:49]