Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cüdo, karate və polo üzrə beynəlxalq turnirlərdə qazanılan nailiyyətlər yüksək qiymətləndirilib

Cüdo, karate və polo üzrə beynəlxalq turnirlərdə qazanılan nailiyyətlər yüksək qiymətləndirilib

Bakı, 30 yanvar, AZƏRTAC 

Parisdə keçirilmiş Karate1 Premyer Liqa turnirində, Təl-Əvivdə cüdo üzrə Qran-Pridə və İsveçrənin Sankt-Moritz şəhərində qış polosu üzrə ənənəvi “Snow Polo World Cup St. Moritz” dünya kuboku turnirində uğurla çıxış etmiş idmançılarla yanvarın 30-da Gənclər və İdman Nazirliyində görüş olub.

AZƏRTAC xəbər verir ki, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov tədbirdə çıxış edərək idmanın cüdo, karate və digər növləri üzrə lisenziya xarakterli yarışlara start verildiyini və idmançılarımızın nüfuzlu turnirlərdə iştirak etdiklərini bildirib. 2019-cu ilin idman ictimaiyyəti üçün həlledici illərdən biri olduğunu qeyd edən nazir müavini qarşıda idmançılarımızı “Minsk 2019” ikinci Avropa Oyunlarının və “Tokio 2020” XXXII Yay Olimpiya Oyunlarına lisenziya turnirlərinin gözlədiyini vurğulayıb: “Azərbaycanda dövlət tərəfindən idmana göstərilən diqqət və qayğı yüksək nəticələrin qazanılması üçün geniş imkan yaradır. Ölkəmizdə təkcə may ayında səkkiz beynəlxalq yarış keçiriləcək ki, bu da Azərbaycanın idman ölkəsi olmasının bariz nümunəsidir. Azərbaycanda cüdo inkişaf edir və cüdoçularımızın növbəti yarışlarda daha böyük nailiyyətlər əldə edəcəklərinə inanırıq. Karateçi Rafael Ağayev ötən illər ərzində çox böyük uğurlara imza atıb. Onun “Tokio 2020”də də öz sözünü deyəcəyinə əminik. Karatenin Olimpiya Oyunlarının proqramına daxil edilməsi sevindirici haldır”.

“Land of Fire” polo komandasının qış polosu üzrə ənənəvi “Snow Polo World Cup St. Moritz” dünya kuboku turnirində uğurla çıxış etdiyini xüsusi vurğulayan nazir müavini nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) rəhbərliyinin fəaliyyətini yüksək qiymətləndirib.

ARAF-ın baş katibi Bəhruz Nəbiyev poloçularımızın qazandıqları nailiyyətlərdən danışıb və gələcəkdə daha böyük uğurların əldə olunacağına əminliyini bildirib: “Polo komandamız bir sıra uğurlara imza atıb. İsveçrədə donmuş gölün üzərində keçirilən yarışda poloçularımızdan daha böyük nəticələr gözləyirdik. İdmançılarımızın səhhətində bəzi problemlər yarandığından komandamızın çıxışı istədiyimiz kimi alınmadı. Amma üçüncü yer uğrunda görüşdə komandamız əzmlə mübarizə apararaq 5:0 hesabı ilə qalib gəldi. Növbəti turnirlərdə poloçularımızın daha yüksək nəticələrə nail olacaqlarına ümid edirik”.

Baş katib 2020-ci ildə polo üzrə Avropa çempionatının Azərbaycanda keçiriləcəyini və yarışlarda səkkiz komandanın iştirak edəcəyini bildirib. O, əvvəllər Olimpiya Oyunlarının proqramında yer alan polonun yenidən olimpiadaların proqramına salınacağına ümid etdiyini vurğulayıb.

Cüdo üzrə Azərbaycan millisinin böyük məşqçisi Elxan Məmmədov komandamızın Təl-Əviv Qran-Prisinə güclü cüdoçularla yollandığını deyib. Komandadan daha yüksək nailiyyət gözlədiklərini bildirən məşqçi qazanılan nəticənin qənaətbəxş olduğunu vurğulayıb. O, Rüstəm Orucov, Orxan Səfərov, Hidayət Heydərovun yarış ərəfəsində xəstələnmələrinin onların çıxışına mənfi təsir göstərdiyini, Elmar Qasımovun isə ilk görüşdə zədələndiyini vurğulayıb. E.Məmmədov yığmada Murad Fətiyevin (81 kq) yaxşı perspektiv vəd etdiyini diqqətə çatdırıb. Bildirib ki, bu çəki dərəcəsində uzun müddət boşluq var idi. Ümid edirik ki, komandamız Tokio Yay Olimpiya Oyunlarına tam heyətlə qatılacaq.

Beşqat dünya və dəfələrlə Avropa çempionu Rafael Ağayev 2019-cu ilin idmançılarımız üçün ən məsuliyyətli illərdən biri olduğunu bildirib. İdmançı vurğulayıb ki, əsas hədəf “Tokio 2020”yə lisenziya qazanıb ölkəmizi uğurla təmsil etməkdir”.

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov karatenin Olimpiya Oyunlarının proqramına salınmasından sonra yarışların səviyyəsinin xeyli artdığını bildirib: "Komandamızda çox güclü karateçilər yer alıblar. Karate Olimpiya Oyunlarının proqramına daxil edildikdən sonra yarışların səviyyəsi xeyli artıb, rəqabət güclənib. Amma idmançılarımız dünyada ən ciddi rəqiblərdən sayılırlar. Rafael Ağayev finala qədər, eləcə də finalda inamla mübarizə apardı. Çalışacağıq ki, karateçilərimiz növbəti yarışlarda daha böyük uğurlar əldə etsinlər”.

Karate üzrə yığma komandanın böyük məşqçi Qurban Tağıyev idmanın bu növünün Olimpiya Oyunlarının proqramına daxil edilməsinin önəmini vurğulayıb. O bildirib ki, karateçilərimiz olimpiadadan əvvəl “Minsk 2019” ikinci Avropa Oyunlarına vəsiqə qazanmağa çalışacaqlar.

AMKF-in baş katibi Mirhəsən Seyidov 2019-cu ilin karateçilər üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, karateçilərimiz lisenziya xarakterli yarışlarda uğurla çıxış etməyi qarşıya məqsəd qoyublar.

Qeyd edək ki, Parisdə Karate1 Premyer Liqa turnirində Rafael Ağayev (75 kq) gümüş, Təl-Əvivdə keçirilən cüdo üzrə Qran-Pridə İrina Kindzerskaya (+78 kq) qızıl, Məmmədəli Mehdiyev (90 kq) bürünc medal əldə ediblər. “Land of Fire” polo komandası isə İsveçrənin Sankt-Moritz şəhərində keçirilən qış polosu üzrə ənənəvi “Snow Polo World Cup St. Moritz” dünya kuboku turnirində üçüncü yeri tutub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO