Cüdoçumuz zədə səbəbindən “Böyük dəbilqə” turnirində bürünc medal görüşünə çıxmayıb
Bakı, 1 aprel, AZƏRTAC
Cüdoçumuz Orxan Səfərov (66 kq) Antalyada keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal görüşünə çıxmayıb.
AZƏRTAC federasiyanın rəsmi saytına istinadla xəbər verir ki, buna 66 kiloqramda yer alan idmançının zədələnməsi səbəb olub.
Villian Lima (Braziliya) ilə dörddə bir final qarşılaşmasında zədə alan O.Səfərov yığmanın həkiminin tövsiyəsinə və baş məşqçisinin qərarına əsasən, 3-cü yer uğrunda döyüşdə iştirak etməyib.
Qeyd edək ki, Orxan Səfərov medal görüşündə Tal Fliker (İsrail) ilə qarşılaşmalı idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]