CULFADA QAZ İSTİSMARI İDARƏSİNİN İNZİBATİ BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu günlərdə Culfada Qaz İstismarı İdarəsinin inzibati binası istifadəyə verilmişdir. Mərasimdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov əlamətdar hadisə münasibətilə şəhər sakinlərini təbrik etmiş və bildirmişdir ki, 2006-ci ilin ilk günlərindən qaz xətləri çəkilişinin ikinci mərhələsi həyata keçirilir. 2006-2007-ci illərdə muxtar respublika ərazisinin tamamilə qazlaşdırılması nəzərdə tutulmuşdur.
Ümummilli liderimiz Heydər Əiyevin adını daşıyan prospektdə ucaldılmış ikimərtəbəli inzibati binanı Culfa Rayon Tikinti-Quraşdırma İdarəsi inşa etmişdir.