DAHİ HÜSEYN CAVİD TRT EKRANLARINDA
TRT-nin Bakı təmsilçiliyinin müdiri Əbdülhəmid Avşar AZƏRTAC-a bildirmişdir ki, budəfəki veriliş məşhur Azərbaycan sairi və dramaturqu Hüseyn Cavidə həsr olunmuşdur. Verilişdə məşəqqətli 1937-ci il represiyaları, onun tarixi səbəbləri tamaşaçıların diqqətinə çatdırılır, xalqını və millətini canından çox sevən Cavidin sürgün həyatından, zəngin dünyagörüşündən, əsərlərindəki əbədi ideyalardan, həyata baxışından danışılacaq.
Hüseyn Cavidin əsərlərindən nümunələrə də yer ayrılmış proqramda müxtəlif peşə sahibləri və mütəxəssislər bu dahi mütəfəkkir haqqında fikirlərini dilə gətirəcəklər.
Rəşad Dəmirdaşın rejissorluğu, Ağası Hunun operatorluğu ilə ərsəyə gəlmiş veriliş noyabrın 25-də Bakı vaxtı ilə saat 10.00 və 01.30-də TRT- İNT və həmin gün saat 23.50-də TRT –TÜRK kanalında göstəriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:13]
“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib
- 07.10.2026 [10:26]
Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…
- 06.10.2026 [20:59]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [18:17]
Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu
- 06.10.2026 [18:10]
Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir
- 06.10.2026 [18:00]