Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dahi Nizaminin ideyaları reallıqda

Dahi Nizaminin ideyaları reallıqda

Bakı, 7 iyun, AZƏRTAC

Bu günlərdə Gəncə şəhərində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, İqtisadiyyat və Təhsil nazirliklərinin dəstəyi, “PAŞA Holdinq” Şirkətlər Qrupunun baş sponsorluğu ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvi və Dayanıqlı İnkişaf” mövzusunda keçirilən III İqtisadiyyat və İdarəetmə sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi konfransının açılış mərasimi olub. Beynəlxalq elmi konfransın açılış mərasimində iştirak etmiş iqtisad elmləri doktoru, professor, Auditorlar Palatasının sədri Vahid Novruzov AZƏRTAC-a fikirlərini bölüşüb.

O deyib, dahi Nizaminin belə bir kəlamı mövcuddur ki, insan nəslinin ancaq özü üçün istehsal etməsi və istehlakı son məqsəd ola bilməz. Bu baxımdan konfransın mövzusunun təşkilatçılar tərəfindən çox uğurlu seçimini xüsusi qeyd etmək istərdim. Məhz mövzunun düzgün müəyyənləşdirilməsi Nizami irsində iqtisadi baxışların indinin özündə də böyük aktuallıq kəsb etdiyini açıqlamağa, maraqlı məruzə və çıxışların konfrans materiallarında dolğun əks olunmasına zəmin yaradıb, 35 ölkə təmsilçilərinin aktual mövzularla qatılması ilə reallaşıb. Yeri gəlmişkən qeyd etmək istərdim ki, Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumları tərəfindən dayanıqlı və davamlı iqtisadiyyatın mahiyyəti barədə qəbul etdikləri anlayışları Nizami Gəncəvinin yuxarıda göstərdiyimiz müdrik sözləri ilə üst-üstə düşür. Yalnız təkcə bunun özü xalqımızın dahi mütəfəkkirinin ideyalarının əsrlər sonrası da aktual olaraq qaldığına dəlalət etməklə, onun dünya şöhrəti qazanmasının qanunauyğunluğunu göstərir. Konfransın işinin yüksək dəyərləndirilməsinə imkan verən əsas xüsusiyyətlərdən danışarkən demək yerinə düşərdi ki, tədbirdə təqdim olunan çıxışların böyük əksəriyyətinin mövzusu dahi Nizaminin ictimai-iqtisadi baxışları ilə üzvi vəhdət təşkil edir. Məlumdur ki, Nizami yaradıcılığında əməyə və əmək adamlarına yüksək dəyər verilir, əmək maddi və mənəvi sərvətlərin yaranmasının əsas amili kimi göstərilir.

Dahi şair əməyin azad olmasının, hər kəsin öz qabiliyyətinə görə işlə təmin olunmasının vacibliyini dəfələrlə öz əbədiyaşar əsərlərində vurğulayıb. Çox ürək açandır ki, istər yerli, istərsə də xarici konfrans iştirakçıları tərəfindən əmək və əmək münasibətlərinə yeni dövrün çağırışları nəzərə alınmaqla böyük diqqət yetirilib, çox maraqlı elmi yanaşmalar ortaya qoyulub. Dahi Nizaminin belə bir fəlsəfəsi də konfrans iştirakçılarının maraq dairəsində olub ki, sənətə və sənətkara daim qayğı göstərilməli, onların mənafeləri məmurlar tərəfindən ciddi qorunmalıdır. Əks halda Nizaminin özü demişkən, sərvət azalar, vergilər ödənilməz, xəzinə boşalar.

Bütün bu göstərilənlər rəqəmsal və innovasiyalı iqtisadiyyatımızın özəllikləri nəzərə alınmaqla konfransda əsas müzakirə mövzuları sırasında özünə yer tutub. Bu özəlliklər isə sənaye inqilabları, idarəetmədə informasiya texnologiyalarından geniş istifadə, ağıllı şəhər (kənd) və yaşıl iqtisadiyyat, innovasiya mədəniyyətinin formalaşması, risklər və onların xüsusiyyətləri, korporativ sosial məsuliyyət, yeni maliyyə alətləri, elektron ticarət və süni intellektin imkanları qismində müzakirə obyekti olublar.

Konfransın əsas məziyyətlərindən biri də Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı Qələbəsi sayəsində işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatımızın dirçəldilməsi problemlərinə çoxsaylı və kifayət qədər elmi maraq kəsb edən mövzuların mövcudluğudur. Heç şübhə yoxdur ki, möhtərəm Prezidentin rəhbərliyi ilə dahi Nizaminin bu sözləri də öz real həllini tapacaq: “Torpağa mərhəmət göstərsən gül verər, zülm etsən isə tikan verər”.

30 il yağı düşmən tərəfindən zülm verilən və tikanlığa çevrilən doğma Qarabağımızın Prezidentimizin mərhəməti və qayğısı sayəsində gülüstana çevriləcəyi gün heç də uzaqda deyildir. Konfrans barədə qısa mülahizələrimi dahi Nizaminin bu fikri ilə yekunlaşdırmaq istərdim: “İnsan üçün ən faydalı keyfiyyət qənaətcillikdir”.

Çox xoşdur ki, Nizami irsinin iqtisadi davamlıqla əlaqəsinə həsr olunmuş beynəlxalq elmi konfransda qənaətcillik üçün zəmin yaradan hesabatlılıq, uçot, nəzarət, audit, istehlak mədəniyyəti, hər kəskin öz biliyini artırmaq və düzgün vəzifələrə yiyələnməyin aspektləri də müasir baxımdan müzakirəyə çıxarılıb.

Ölkəmizdə davamlı iqtisadiyyatın elmi əsaslarla inkişaf etməsində bu konfransın mühüm rol oynayacağına əminliyimi bildirməklə çox uğurlu və əhəmiyyətli nailiyyətə imza atmaları münasibəti ilə təşkilatçıları ürəkdən təbrik etmək istərdim.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Çempionlar Liqası: "Sabah" “Slaviya Praqa”nı məğlub edir – YENİLƏNİB 3

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub