DAHİ NİZAMİNİN XATİRƏSİNƏ EHTİRAM
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də Gəncədə dahi Nizaminin məqbərəsini ziyarət etmişdir.
Dövlətimizin başçısına məqbərədə aparılan abadlıq işləri barədə məlumat verildi. Prezident İlham Əliyev məqbərənin və ətraf ərazinin görünüşünün müasirləşdirilməsi və daha yüksək səviyyəyə çatdırılması ilə bağlı müvafiq tövsiyələrini verdi.
X X X
Sonra dövlətimizin başçısı şəhərin girəcəyindəki, yenidən bərpa edilmiş “Gəncə darvazası”na və qala divarına baxdı.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |





