CƏMİYYƏT
Dahranda keçirilən "Xalqların yürüşü" adlı tədbirdə Azərbaycan da təmsil olunub
Bakı, 11 noyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının Dahran şəhərində yaşayan Azərbaycan icmasının üzvləri beynəlxalq tədbirdə ölkəmizi təmsil ediblər.
AZƏRTAC xəbər verir ki, "Xalqların yürüşü" adlı tədbirdə 35 ölkədən 500-dən çox nümayəndə iştirak edib. Vətənimizi tədbirdə Dahranda yaşayan azərbaycanlı ailələr təmsil ediblər. Milli geyimli soydaşlarımız əllərində üçrəngli Dövlət bayraqları ilə yürüşə əlavə rəng qatıblar.