İDMAN
Dakar-2020 marafonu Afrikada keçirilə bilər
Bakı, 1 fevral, AZƏRTAC
“Dakar” ralli-marafonu yenidən Afrika qitəsinə qayıda bilər.
AZƏRTAC “Auto Bakkie Race” resursuna istinadla xəbər verir ki, yanvar ayında keçirilmiş marafon zamanı Anqola Avtomobil İdmanı Federasiyası 2020-ci ildə rallinin Anqola və Namibiyada keçirilməsinin mümkünlüyü məsələsini “Dakar” ralli-marafonunun rəhbərliyi ilə müzakirə edib.
Xatırladaq ki, Argentina, Boliviya və Çili hökumətləri maliyyə çətinlikləri ucbatından “Dakar-2019” marafonunu keçirməkdən imtina edəndən sonra həmin tədbir Peruda həyata keçirilib. 2009-cu ildən bəri “Dakar” Cənubi Amerika ölkələrində təşkil olunur. Bir neçə gün davam edən bu marafonun mərhələləri Argentina, Boliviya, Çili və Peru ərazisindən keçib.
Hazırda “Dakar”ın Afrikadakı köhnə marşrutu üzrə digər prestijli ralli-marafon keçirilir.