DAMAÇILARIN PAYTAXT BİRİNCİLİYİNDƏ DÖRDÜNCÜ TUR BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Şahmat-Dama Mərkəzində 64 xanalı dama üzrə (Braziliya versiyası) Bakı şəhər birinciliyində dörd tur arxada qalmışdır.
İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət turnirdə 23 yaşadək oğlan və qızlar iştirak edirlər.
Oğlanların yarışında 7 xal toplamış Ramin Salahov liderliyi ələ almışdır. Elşən Zeynalov, Aslan Aslanlı və Məhəmməd Mehdiyev hərəyə 6 xalla 2-ci - 4-cü yerləri bölüşürlər.
Qızların mübarizəsində isə turnir cədvəlinə 6 xal toplamış Nərmin Xəlilova başçılıq edir. Nuridə Cəfərova 4 xalla 2-ci, Nərmin Səyyadzadə isə 3 xalla 3-cü yerdə qərarlaşmışlar.
22 damaçının mübarizə apardığı yarışda respublika çempionatına yalnız 10 idmançı vəsiqə qazanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]